RU

"Dövlətçilik gücü və vətəndaş hüquqları ölkəmizin suverenliyini möhkəmləndirir"

“Dövlətçilik yalnız siyasi müstəqillik və ərazi bütövlüyü ilə ölçülmür, həm də dövlətin gücü, şəffaflığı və vətəndaşlara bərabər imkanlar yaratması ilə xarakterizə olunur". Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən Dövlət Suverenliyi Gününə həsr edilmiş konfransda bildirib.

Deputat qeyd edib ki, dövlətin sosial-iqtisadi inkişafı, insanların hüquqlarının qorunması və bölgələrin bərabər inkişafının təmin edilməsi ölkəmizin suverenliyinin əsas sütunlarını təşkil edir: “İqtisadi inkişafın nəticələri yalnız müəyyən qruplara deyil, bütün vətəndaşlara bərabər şəkildə çatmalıdır. İnsan hüquqları, vicdan azadlığı və sosial ədalət dövlətimizin möhkəmlənməsində əsas rol oynayır”.

O əlavə edib ki, regionların inkişafının dəstəklənməsi, sosial infrastrukturun yaxşılaşdırılması və hüquqi islahatlar suveren dövlətçilik prinsipinin qorunmasına xidmət edir: “Azərbaycanın gələcəyi və xalqımızın rifahı dövlətçilik və vətəndaş hüquqlarının birlikdə təmin olunmasından keçir”.

Избранный
13
2
sabahinfo.az

3Источники