RU

Dəyişkən hava əhvalımızı necə dəyişir? - Bu cür havada DİQQƏT EDİLMƏLİ MƏQAMLA

Son günlər ölkə ərazisində dəyişkən hava şəraiti müşahidə olunur. Belə ki, yayın son günlərində gah payız havası olur: şimşək çaxır, yağış yağır, bəzi yerlərdə çaylar daşır, gah da yay sanki özünü sübur etmək üçün istiliyini göstərir.

Anidən soyuyan və ya soyuq havadan sonra gələn isti günlər əhali arasında soyuqdəymə və narahatlıq hallarını artırır.

Bəs, insanlar bu havalarda nələrə diqqət etməlidirlər?

Mövzu ilə Bakıvaxtı.az-a açıqlama verən terapevt Günay Lətifova bildirib ki, havanın qeyri-sabit olması insanların sağlamlığına da təsir göstərir. Onun sözlərinə görə, yayın isti günlərindən birbaşa sərin və dəyişkən hava şəraitinə keçmək orqanizm üçün mənfi nəticələr yaradır.

Günay Lətifova, terapevt

G.Lətifova qeyd edib ki, bu şəraitdə düzgün geyinməmək, orqanizmin zəifləməsinə və soyuqdəymə hallarının artmasına səbəb ola bilər:

“Yay aylarında insanların çoxu soyuq içkilər və sərin qidalar qəbul etdiyindən, fəsil dəyişsə də vərdişlər bir anda dəyişmir və bu da xəstəlik riskini artırır”.

Terapevt nəzərə çatdırıb ki, qorunmaq üçün ilk növbədə hava şəraitinə uyğun geyinmək, şəxsi gigiyenaya və qidalanmaya diqqət etmək lazımdır.

Nəqliyyatda sıxlığın müşahidə olunduğunu deyən müsahibimiz, maskadan istifadə etməyin məqsədəuyğun olduğunu vurğulayıb.

Müsahibimiz həmçinin, soyuqdəymə və ya digər narahatlıq yarandığı halda həkim məsləhəti olmadan dərman qəbul etməyin düzgün olmadığı barədə xəbərdarlıq edib:

“İnsanlar çox vaxt özlərinə diaqnoz qoyaraq qulaqdan eşitdikləri preparatları qəbul edirlər ki, bu da qaraciyərə və digər orqanlara zərər verə, hətta zəhərlənməyə səbəb ola bilər. Ona görə də həkim məsləhəti ilə müayinə və müalicə olunmaq həm sağlamlıq baxımından daha təhlükəsizdir, həm də sağalma prosesini sürətləndirir”.

Mina Mikayılova

Избранный
6
1
bakivaxti.az

2Источники