RU

Şimpanzelər alkoqollu meyvələri yeyirlər? Sərxoş meymun nəzəriyyəsi elmi jurnalda

Kulis.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Şimpanzelər hər gün bir qədəh içkiyə bərabər qəbul edirlər.

Kulis.az xəbər verir ki, Afrikada aparılan yeni tədqiqat şimpanzələrin gündəlik 14 qram alkoqol qəbul etdiyini ortaya qoyub. Bu, onların yetişmiş və təbii şəkildə fermentləşmiş meyvələri yeyərkən gündə ən azı bir stəkan pivəyə bərabər alkoqol qəbul etdikləri mənasına gəlir. Tədqiqatçılar bu rəqəmi “ kifayət miqdarda” kimi dəyərləndirirlər.

İnsanların əcdadlarının da oxşar şəkildə gündəlik qidalanma vərdişləri vasitəsilə həm alkoqolun dadını, həm də onun orqanizmdə emalını öyrəndiyi düşünülür.

Bu araşdırma “sərxoş meymun" adlanan və insanlarda alkoqolun sevilməsinin səbəbini primatların fermentləşmiş meyvələrdən gündəlik alkoqol qəbul etməsinə bağlayan nəzəriyyəni bir daha təsdiqləyir.

Bu nəzəriyyə ilk dəfə 20 il əvvəl ABŞ-lı bioloq Robert Dudley tərəfindən irəli sürülmüşdü.

Son dövrlərdə primatların fermentləşmiş meyvələri seçmə meyli olduğunu göstərən tədqiqatlar sayəsində, əvvəllər şübhə ilə qarşılanan bu nəzəriyyə yenidən diqqət mərkəzinə gəlir.

Lakin tədqiqat yeni suallar da doğurub: Şimpanzelər alkoqol səviyyəsi yüksək meyvələri məqsədli şəkildə axtarırlar, yoxsa qarşılarına çıxanda yeyirlər? Bu suala hələlik cavab tapılmayıb.

Qeyd edək ki, araşdırmanın nəticələri "Science Advances" elmi jurnalında dərc olunub.

Süni intellektlə aktyoru cavanlaşdırdılar

Satanistlərin bayramında özünü şeytana qurban verən diktator - O, niyə doğum gününü gizlədirdi?

Küçə ticarətindən kinoya gələn böyük aktyor - Yeşilçam klassiki Tarık Akan kim idi?

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
33
1
kulis.az

2Источники