RU

Almaniyada “Caspian Tunes” layihəsi təqdim olundu

Milli Musiqi Günü və görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi ilə əlaqədar Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Caspian Tunes” layihəsi təqdim olunub.

Kulis.az xəbər verir ki, layihənin məqsədi Azərbaycan musiqisinin zəngin irsini beynəlxalq auditoriyaya tanıtmaq, klassik bəstəkarlarımızın əsərlərini yeni formatda təqdim edərək onların dünya musiqi məkanındaki təbliğini gücləndirməkdir.

Lalə Cəfərovanın Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının mövzuları əsasında fortepiano üçün yazdığı “Fantaziya” adlı əsəri Gənclər mükafatçısı və Beynəlxalq Müsabiqələr laureatı Ibrahim Babayev tərəfindən səsləndirilib.

Qeyd edək ki, “Caspian Tunes” layihəsi gələcəkdə Almaniyanın və Avropanın müxtəlif şəhərlərində davam etdiriləcək.

Избранный
6
2
kulis.az

4Источники