Bakı. Trend:
Paytaxtın Xəzər rayonunda talama cinayəti qeydə alınıb. Naməlumşəxslər zərərçəkənin yaşadığı evin həyətindən 17000 manat dəyərindəmal-qara oğurlayıblar.
Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşlarıtərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsindəqabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən39 yaşlı N.Novruzov və 21 yaşlı H.Vəlizadə saxlanılıblar.
İdarənin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirzamanı isə Binə qəsəbə sakininə məxsus evdən 781 manat dəyərindətəmir-tikinti materialları oğurlamaqda şübhəli bilinən, əvvəllərdələduzluq əməlinə görə məhkum olunmuş 26 yaşlı H.İsazadə dətutulub.
Hər iki fakt üzrə araşdırmalar aparılır.