RU

“Formula-1”də tibbi xidmət tam təmin olunub

TƏBİB və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti əməkdaşlığı çərçivəsində “Formula-1 Qatar Airways Azərbaycan Qran-prisi 2025” yarışlarında tibbi xidmətin təşkili tam təmin edilib.

Doğru.az xəbər verir ki, TƏBİB-in məlumatına görə, yarış xətti boyunca iştirakçılara, tədbirdə xidmət göstərənlərə və tamaşaçılara, eləcə də giriş-çıxışı məhdudlaşdırılmış ərazilərdə yaşayan əhaliyə təcili tibbi yardım postları qurulub.

Sentyabrın 18-21-də yarışlar dövründə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən ümumilikdə 22 briqada fəaliyyət göstərib. Həmçinin, Bakı Baş Səhiyyə Mərkəzinin nəzdindəki tibb müəssisələrindən 28 həkim və tibb bacısı yaradılan məntəqələrdə xidmət göstərir.

Tibb məntəqələri reanimasion çarpayı, süni tənəffüs aparatı, kardiomonitor, USM, EKQ, anesteziya aparatı və digər lazımi cihazlarla, eləcə də zəruri dərman və təcili yardım çantaları ilə tam təmin olunub.

Yarış müddətində tibbi xidmətin təşkili istiqamətində TƏBİB-in tabeliyindəki müxtəlif xəstəxana və tibb mərkəzlərinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Təhkim olunan bütün tibb işçiləri saat 08:00-dan 00:00-a qədər növbəli xidmət göstərirlər.

Qeyd edək ki, tibb və qeyri-tibb işçilərinin hər biri beynəlxalq tədbirlərdə təcrübəsi olan, xarici dil biliklərinə malik mütəxəssislərdir.

DOĞRU.AZ

Избранный
7
17
dogru.az

10Источники