RU

Kilsə Rusiyanın alətinə çevrilib: Paşinyan daxili müharibəyə başlayır

Ermənistan daxilində siyasi gərginliklər fonunda Baş nazir Nikol Paşinyanın kilsəyə qarşı siyasəti yeni mərhələyə qədəm qoyub. “Hraparak” qəzeti yazır ki, açıq kampaniya ilə katolikos II Qareginin istefasına nail ola bilməyən Paşinyan artıq B planına – kilsəni daxildən parçalamağa yönəlib. Bu, dövlət–kilsə münasibətlərinin gələcəyinə, həm də Ermənistanın daxili siyasi balansına təsir edəcək həssas məsələdir. Çünki kilsə yalnız dini institut deyil, həm də ölkə daxilində siyasi təsir rıçaqlarına malikdir. Politoloq Məhəmməd Əsədullazadə də məsələ ilə bağlı Editor.az-a açıqlamasında Paşinyanın taktikasını, məqsədlərini və bunun mümkün nəticələrini dəyərləndirib.

Siyasi analitik Məhəmməd Əsədullazadə Editor.az-a açıqlamasında bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan katolikos II Qaregini devirmək üçün B planını işə salacaq:

“Paşinyan çox çalışdı ki, ümumi təzyiqlər vasitəsilə Qaregini vəzifədən uzaqlaşdırsın. Çünki katolikos konkret olaraq onun əleyhinə fəaliyyət göstərir və müxalifətlə eyni cəbhədədir. Bundan əlavə, o, Rusiyanın təsiri altında hərəkət edir. İndiyədək göstərilən təzyiqlər nəticə verməsə də, II Qaregənin reputasiyası ciddi şəkildə zədələnib və xalq arasında etimadını itirib. Ona yalnız müəyyən beynəlxalq mərkəzlərdən dəstək qalır. Hazırda Roma Papası ilə görüşə yollanır və ehtimal ki, Paşinyanı ona şikayət edəcək. Baş nazirin əlində katolikos barədə kompromatlar mövcuddur. Xüsusilə də onun kilsə andını pozması iddiası ciddi arqumentdir. Paşinyan daxildən parçalama yolu ilə onu devirməyə çalışacaq, çünki kilsə hələ də Rusiyanın təsiri altındadır. Mən hesab etmirəm ki, bu proses cəmiyyətdə ciddi etirazlara səbəb olsun. Artıq erməni xalqı da anlayır ki, kilsə xarici güclərin əlində bir vasitəyə çevrilib və ölkədə ictimai-siyasi sabitliyi təhdid edir. Paşinyan yaxşı bilir ki, kilsənin üzərinə getməklə xalq ayağa qalxmayacaq”.

//Gülnarə Abasova, Editor.az

Избранный
12
editor.az

1Источники