RU

Magistraturada ödənişsiz qəbul olunanların universitetlər üzrə SİYAHISI

2025-ci il üzrə əvvəlcə ödənişli əsaslarla ali təhsil müəssisələrinə qəbul olunmuş, lakin əlavə müsabiqə nəticəsində dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edən bakalavrların sayı ümumilikdə 804 nəfər təşkil edir. Bu bakalavrlar ölkənin müxtəlif ali təhsil müəssisələrində təhsil alacaqlar.

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, ən çox tələbə Azərbaycan Texniki Universitetinə (219 nəfər), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (138 nəfər)Azərbaycan Memarlıq və İnşaat Universitetinə (115 nəfər) yerləşdirilib. Digər ali məktəblərə isə aşağıdakı sayda tələbə qəbul olunub:

Bakı Dövlət Universiteti – 22 nəfər;

Azərbaycan Tibb Universiteti – 2 nəfər;

Azərbaycan Dövlət İqtisad Universiteti – 57 nəfər;

Azərbaycan Kooperasiya Universiteti – 9 nəfər;

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti – 31 nəfər;

Bakı Musiqi Akademiyası – 3 nəfər;

“Azərbaycan” Universiteti – 7 nəfər;

Qərbi Kaspi Universiteti – 2 nəfər;

Xəzər Universiteti – 1 nəfər;

“Odlar Yurdu” Universiteti – 8 nəfər;

Dövlət İdarəçilik Akademiyası – 2 nəfər;

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası – 9 nəfər;

Azərbaycan Milli Konservatoriyası – 9 nəfər;

Milli Aviasiya Akademiyası – 2 nəfər;

Azərbaycan Turizm və Menecment Universiteti – 12 nəfər;

Dövlət Gömrük Komitəsinin Akademiyası – 2 nəfər;

Bakı Xoreoqrafiya Akademiyası – 7 nəfər;

Bakı Mühəndislik Universiteti – 28 nəfər;

Naxçıvan Dövlət Universiteti – 13 nəfər;

Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə) – 38 nəfər;

Azərbaycan Texnologiya Universiteti (Gəncə) – 13 nəfər;

Gəncə Dövlət Universiteti – 4 nəfər;

Sumqayıt Dövlət Universiteti – 35 nəfər;

Mingəçevir Dövlət Universiteti – 8 nəfər;

Lənkəran Dövlət Universiteti – 8 nəfər;

Избранный
16
azedu.az

1Источники