RU

Polşada xüsusi əməliyyat: Şübhəli raket qalıqları tapıldı

Polşanın şərqindəki Lublin voyevodalığının (böyük inzibati-ərazi vahidi) Çoynı şəhərində pilotsuz təyyarənin vurulması üçün istifadə edilən raketin qalıqlarını tapılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, buna görə də Polşa Hərbi Jandarması xüsusi əməliyyat elan edib.

"Hərbi jandarm xüsusi əməliyyat keçirir, ehtimal ki, pilotsuz təyyarənin vurulması üçün istifadə edilən raketin qalıqları burada tapılıb", - deyə "X" sosial şəbəkəsində dərc olunan mesajda qeyd olunub.

Hadisə yerində hərtərəfli məhkəmə-tibbi ekspertizası aparılacaq.

Məlumata görə, dağıntıları yatağın sahibi aşkar edib, tapıntı barədə dərhal polisə məlumat verib. Daha sonra ərazi mühasirəyə alınıb.

Избранный
43
18
publika.az

10Источники