RU

"Belavia"nın 8 təyyarəsinə beynəlxalq uçuş icazəsi verildi

BAKI, 19 sentyabr. TELEQRAF

Belarus aviaşirkəti "Belavia"ya məxsus 8 təyyarəyə beynəlxalq uçuşlar həyata keçirmək icazəsi verilib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bu təyyarələrə xidmət, təmir və ehtiyat hissələrinin təmin olunması hüququ da tanınıb.

"Buna baxmayaraq, sərt məhdudiyyətlər qüvvədə qalır. "Boeing" markalı təyyarələrin Rusiya, İran, Şimali Koreya, Suriya, Kuba, işğal olunmuş Krım və Donbasa uçuşlar həyata keçirməsi qadağandır", - məlumatda deyilir.

Həmçinin, bu təyyarələrlə Ukraynaya qarşı müharibəyə dəstək verə biləcək yük daşınması da qadağan edilib.

Избранный
10
teleqraf.com

1Источники