RU

Yevlaxda sahibkarlar üçün dövlət satınalmaları ilə bağlı ödənişsiz təlim keçiriləcək

2025-ci il 20 sentyabr tarixində İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi tərəfindən Yevlax KOB EVİNDƏ yerli sahibkarlar üçün “Dövlət satınalmalarının təşkili və idarə olunması” mövzusunda ödənişsiz təlim təşkil ediləcək.

QHT.az xəbər verir ki, təlim Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə həyata keçirilir.

Tədbirin əsas məqsədi sahibkarların dövlət satınalmaları sahəsində maarifləndirilməsi, onların bu proseslərdə daha aktiv iştirakına şərait yaratmaqdır. Təlimdə iştirak edən sahibkarlar dövlət satınalmalarının hüquqi çərçivəsi, tenderlərin təşkili və idarə olunması ilə bağlı praktiki biliklər əldə edəcəklər.
Qeyd edək ki, təlimdə iştirak tamamilə ödənişsizdir.

Избранный
35
3
qht.az

5Источники