ain.az, Azxeber.com saytına istinadən bildirir.
Əməkdar artist Abbas Bağırov yeni mövsümün ilk layihəsini təqdim edib.
AZXEBER.COM xəbər verir ki, ifaçı bu dəfə "Səhər açılanda” adlı mahnını dinləyicilərə təqdim edib və əsəri üçün tamamilə süni intellektlə hazırlanmış video klip ərsəyə gətirib.
Müğənni bu iş üçün təxminən 15 fərqli süni intellekt alətindən istifadə edib. Proses 21 gün davam edib və nəticədə 35 min şəkil, 2 min video yaradılaraq birləşdirilib.
Bütün səhnələr İtaliyanın romantik bölgəsi Siciliya fonunda qurulub, ümumilikdə 32 fərqli məkan və səhnə işlənib.
Videodakı oğlan və qız qəhrəmanlarının simaları, geyimləri və hətta bütün məkanlar da süni intellekt vasitəsilə yaradılıb. Bu isə layihəni dünya səviyyəsində barmaqla sayılacaq AI kliplərdən biri halına gətirib.
Layihənin ekran işi rejissor Sarvan Hüseynin rəhbərliyi ilə gerçəkləşib.
Mahnının söz və musiqisi RZZA-ya, aranjimanı isə Fərid Ağaya məxsusdur.
Qeyd edək ki, "Səhər açılanda” artıq Abbas Bağırovun rəsmi YouTube kanalında yayımlanıb.
Aysel
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.