RU

Beynəlxalq reytinq agentliyindən Azərbaycan bankının vəziyyəti üçün "sabit" proqnoz

Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" "Expressbank" Açıq Səhmdar Cəmiyyətinin uzunmüddətli borc öhdəliklərini ödəmə qabiliyyəti reytinqini (və ya emitentin defolt reytinqi - İssuer Default Rating (IDR)) “B+” səviyyəsində, proqnozu isə "sabit" olaraq təsdiqləyib. Bankın müstəqil, daxili maliyyə qabiliyyətini ölçən reytinqi -  Viability Rating (VR) də “b+” səviyyəsində saxlanılıb.

Əsas qiymətləndirmə amilləri

Qeyd edilib ki, "Expressbank"ın uzunmüddətli reytinqi, bankın müstəqil kredit qabiliyyətini əks etdirən “B+” VR-ə əsaslanır. VR isə bankın məhdud qiymət formalaşdırma gücünü, yüksək xərcləri və sektor ortalamasından yuxarı maliyyə xərclərini nəzərə alır. Bundan əlavə, VR sağlam maliyyə göstəricilərini, xüsusilə aktiv keyfiyyətini və kapitalizasiyanı da nəzərə alır.

İqtisadi və kredit riskləri

Fitch Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 3,5%, 2026-cı ildə isə 2,5% böyüyəcəyini proqnozlaşdırır (2024-cü il: 4,1%). Bu, əsasən neft-qaz qiymətlərinin düşməsi ilə bağlıdır. Bank sektorunda göstəricilər 2017-ci ildən bəri yaxşılaşıb; kreditlərin dollarizasiyasının azalması və köhnə aktiv keyfiyyəti risklərinin minimuma endirilməsi müşahidə olunur. Lakin pərakəndə kreditləşmənin sürətli artımı müəyyən “yüksək istilik” risklərini yarada bilər.

Pərakəndə yönümlü bank

Expressbank özəl bankdır və 2025-ci ilin birinci yarısında sektor aktivlərinin 1%-i, kreditlərinin 2%-ni təşkil edir. Bank universal biznes modelinə malikdir, pərakəndə kreditlər isə ümumi kreditlərin 65%-ni təşkil edir. Bundan əlavə, mikro, kiçik və orta sahibkarlıq maliyyələşdirilməsi də həyata keçirilir.

Yüksək riskli kreditlərə fokus

Bank son dövrlərdə daha gəlirli, lakin yüksək riskli təminat tələb olunmayan istehlak və mikro biznes kreditlərinə yönəlib. Bu, 2025-2026-cı illərdə risk xərclərinin artmasına səbəb olacaq, lakin kredit portfelinin çoxsaylı müştərilər üzrə paylanması (kreditlərin böyük hissəsi bir neçə böyük müştəriyə verilməyib, çoxlu müştərilərə paylanıb -red) və demək olar ki, sıfır dollarizasiya bu təsiri yumşaldır. Kreditlərin artımı 2024-cü ildə 23% olub (2023: 38%), 2025-2026-cı illərdə isə 15%-dən aşağı qalacağı gözlənilir.

Aşağı problemli kreditlər, yüksək ehtiyatlar

2024-cü ilin sonunda problemli kreditlərin nisbəti 1,2%-ə enib (2023-cü il: 1,4%). Bütün problemli kreditlər üçün tam ehtiyat yaradılıb. Fitch gözləyir ki, bankın aktiv keyfiyyəti göstəriciləri bir qədər zəifləyə bilər, lakin 2025-2026-cı illərdə 2%-3% diapazonunda qalacaq və yüksək ehtiyat səviyyələri saxlanılacaq.

Mənfəətlilikdə zəifləmə ehtimalı

Depozit faizlərinin sektorda artması ilə "Expressbank"ın xalis faiz marjası 2025-ci ildə təxminən 1 faiz bəndi azala bilər (2024: 9%).  

Yüksək kapital nisbətləri

"Expressbank"ın Fitch Core Capital (FCC) nisbəti 2024-cü ilin sonunda 23% təşkil edib. 2025-2026-cı illərdə istehlak kreditlərinə fokus və dividend ödənişləri ilə bu göstərici tədricən azala bilər, lakin 20%-dən yuxarı qalacağı proqnozlaşdırılır.

Fitch hesab edir ki, tənzimləyici dəyişikliklər səbəbindən sektorda depozit faizlərinin kəskin artması "Expressbank"ın xalis faiz marjasını 2024-cü ildəki 9%-dən bu il təxminən 1 faiz bəndi azaldacaq. Bu, yüksək risk xərcləri və hələ də məhdud əməliyyat səmərəliliyi ilə birləşərək bankın əməliyyat mənfəətini 2025-ci ildə risk dərəcəsi üzrə ölçülmüş aktivlərin 2%-dən aşağı salacaq, lakin növbəti iki ildə tədricən bərpa olunacağı gözlənilir.

Likvidlik və maliyyələşdirmə

2025-ci ilin birinci yarısının sonunda Bankın öhdəliklərinin 58%-i pərakəndə depozitlərdən, təxminən 40%-i isə digər maliyyələşdirmələrdən ibarətdir. Digər maliyyələşmələrin böyük hissəsi dövlət inkişaf institutlarından alınan ucuz, uzunmüddətli kreditlər və qısamüddətli repo öhdəliklərindən ibarətdir. Bankın likvidlik yastığı adekvatdır və 2024-cü ilin sonunda likvid aktivlər müştəri depozitlərinin üçdə birindən çoxunu əhatə edir. 

Fitch Ratings: Expressbank üçün reytinq riskləri və potensial yüksəliş amilləri

Mənfi təsir yarada biləcək amillər:

Bankın aktiv keyfiyyətinin ciddi pisləşməsi, nəticədə zərərlə işləməsi və Fitch Core Capital (FCC) nisbətinin davamlı olaraq 15%-dən aşağı düşməsi VR və IDR-in endirilməsinə səbəb ola bilər.

Sürətli kredit artımı və ya böyük dividend ödənişləri bankın kapital yastığını zəiflədə bilər ki, bu da reytinqlər üçün mənfi amildir.

Müsbət təsir yarada biləcək amillər:

Expressbankın VR və IDR-in yüksəlmə potensialı məhduddur. Bunun üçün bankın  strateji mövqeyinin (bmüştəri bazasının, brend nüfuzunun və rəqabət üstünlüyünün) əhəmiyyətli dərəcədə artırılması, davamlı yüksək gəlirlilik səviyyəsinə qayıtması, sağlam aktiv keyfiyyətinin və yüksək kapitalizasiyanın qorunması tələb olunur.

Dövlət dəstəyi ilə bağlı qiymətləndirmə:

Expressbankın “dövlət dəstəyi yoxdur” reytinqi, Azərbaycan banklarına dövlət dəstəyinin ehtimalının aşağı olması və bankın sistem əhəmiyyətinin məhdud olması ilə izah olunur.

Dövlət dəstəyi potensialının artması üçün bankın franchise-inin əhəmiyyətli dərəcədə genişlənməsi, sistem əhəmiyyətinin orta səviyyəyə çatdırılması və suverenin bank sektorunu dəstəkləmə meylində dəyişiklik tələb olunur.

XXX

Fitch Affirms Expressbank at 'B+'; Outlook Stable

Fitch Ratings - Dubai - 18 Sep 2025: Fitch Ratings has affirmed Expressbank Open Joint Stock Company's Long-Term Issuer Default Rating (IDR) at 'B+' with a Stable Outlook. Fitch has also affirmed the bank's Viability Rating (VR) at 'b+'. A full list of rating actions is below.

Key Rating Drivers

Expressbank's Long-Term IDR is driven by its standalone creditworthiness, as expressed by its 'b+' VR. In turn, the VR reflects the bank's limited pricing power, high cost base, and above sector-average funding costs. It also factors in a record of healthy financial metrics, particularly for asset quality and capitalisation.

Moderating Growth; Retail Lending Risks: Fitch forecasts Azerbaijan's GDP growth to decelerate to 3.5% in 2025 and 2.5% in 2026, from 4.1% in 2024, reflecting a slowdown in the oil and gas sector amid lower global prices. The banking sector's average metrics have improved since 2017, with reduced loan dollarisation and legacy asset-quality risks. However, the rapid expansion of retail lending since 2021 could pose overheating risks, although the central bank takes proactive measures to mitigate credit risk in this subsector.

Small Retail-Focused Bank: Expressbank is a privately owned bank, with a small 1% of sector assets and deposits and 2% of sector loans at end-1H25. The bank employs a universal business model and is focused on retail lending, which represented 65% of gross loans at end-1H25. It is complemented by micro, small and medium-sized enterprise financing.

Increased Focus on Higher-Risk Lending: Expressbank has recently targeted more profitable, but higher-risk unsecured consumer and micro business lending. This will likely lead to a higher cost of risk in 2025-2026, although mitigated by low borrower concentrations and near-zero dollarisation. Loan expansion moderated to 23% in 2024 (2023: 38%), and we expect it to be below 15% in 2025-2026.

Low Impaired Loans, High Reserves: The impaired loans ratio fell to a low 1.2% at end-2024 (end-2023: 1.4%) on credit growth and a benign business environment, with all problem exposures fully reserved. We expect the bank's asset quality metrics to slightly weaken on loan seasoning but remain within a 2%-3% range in 2025-2026, with continuing high provisioning levels.

Lower Margins to Weaken Profitability: We expect a recent sharp sector-wide increase in deposit interest rates, driven by regulatory changes, to reduce Expressbank's net interest margin this year by about 100bp, from 9% in 2024. This, coupled with a higher cost of risk and still limited operating efficiency, should push the bank's operating profit to below 2% of risk-weighted assets in 2025, although it should gradually recover over the next two years.

Consistently High Capital Ratios: Expressbank's Fitch Core Capital (FCC) ratio was a high 23% at end-2024, although down by about 10pp from end-2022 on rapid loan growth and higher risk-weighted asset density in regulatory accounts. We expect the bank's capital buffer to gradually decrease over 2025-2026, due to a greater focus on consumer loans with higher risk weights and large dividend payouts. However, the FCC ratio should remain above 20% in our baseline scenario.

Material Wholesale Funding; Moderate Liquidity: Customer accounts (predominantly from retail depositors) represented 58% of liabilities at end-1H25, while wholesale funds were close to 40%. The latter mostly comprises cheap. long-term loans from state development institutions and short-term repurchase obligations. The bank's liquidity buffer is adequate, with liquid assets covering over a third of customer deposits at end-2024.

Rating Sensitivities

Factors that Could, Individually or Collectively, Lead to Negative Rating Action/Downgrade

The VR and IDR could be downgraded on severe asset-quality deterioration triggering loss-making performance and reducing the bank's FCC ratio to below 15% on a sustained basis. Rapid lending growth or large dividend payouts eroding the bank's capital buffer would also be negative for ratings.

Factors that Could, Individually or Collectively, Lead to Positive Rating Action/Upgrade

The upside for Expressbank's VR and IDR is limited and would require a material strengthening of the bank's limited franchise and the bank returns to consistently high profitability, while maintaining sound asset quality and high capitalisation.

Expressbank's Government Support Rating of 'no support' (ns) reflects our view that state support is unlikely to be available to Azerbaijani banks, due to the authorities' patchy record of support to the banking sector and the bank's limited systemic importance.

Upside for the Government Support Rating is currently limited and would require a substantial expansion of Expressbank's franchise, making it at least moderately systemically important, and a revision of the sovereign's propensity to support the banking sector.

Избранный
22
1
marja.az

2Источники