RU

Ölkəyə idxal olunan dərmanların həcmində 15%-ə yaxın azalma var

2025-ci ilin səkkiz ayında ölkəyə 12 585.80 ton əczaçılıq məhsulu idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,4% azdır. Bu barədə Dövlət Gömrük Komitəsinin səkkiz aylıq hesabatında qeyd olunub. 

2024-cü ilin yanvar–avqustunda  ölkəyə 14 706.70 ton əczaçılıq məhsulu idxal olunub.
Maliyyə baxımından idxalın statistik dəyəri 2025 ci ildə 349.79 milyon ABŞ dolları, ötən ilin eyni dövründə isə 351,79milyon ABŞ dolları təşkil edib ki, bu da 0,6% azalma deməkdir. 
Əczaçılıq idxalının ölkənin ümumi idxal strukturundakı payı da 2024-cü ildə 2.76% olduğu halda, 2025-ci ildə 2.32%-ə düşüb.

Gülnar Nazimqızı

Избранный
45
anews.az

1Источники