RU

Gəlirimiz artır: Bəs xərcimiz?

Azərbaycanda orta aylıq əməkhaqqı 2029-cu ildə 1 411,8 manata çatacaq. 

Maliyyə Nazirliyinin proqnozlarına əsasən, 2026-cı ildə ölkədə orta aylıq əməkhaqqı 1 170,8 manat, 2027-ci ildə 1 246,8 manat, 2028-ci ildə 1 327,6 manat təşkil edəcək. Beləliklə, növbəti 4 ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 20,6 % artacaq. Qeyd edək ki, 2025-ci il avqustun 1-nə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1,098 min manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 9,5 % çoxdur. 

Gəlirimiz bu qədər olacaq, bəs xərcimiz necə?

 “Cebheinfo.az”a açıqlamasında Respublikaçı Alternativ Partiyasının (REAL) sədri, iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, nominal artım müəyyən mənada müsbət göstərici sayılsa da, əsas faktor real gəlir artımıdır: 

“Azərbaycanda  daha çox nominal maaş və gəlir artımından danışmağı sevirlər. Bu, müəyyən mənada normal göstərici sayıla bilər, amma əsas göstərici deyil. Əsas göstərici real gəlir artımıdır”. Real gəlir artımı isə elə hesablanmalıdır ki, inflyasiyanın təsirləri nəzərə alınsın: 

“İnsanların real gəlir artımının, səviyyəsinin nə qədər yüksəldiyi ortaya çıxmalıdır. Məsələn, son iki ildə Türkiyədə nominal gəlirlər, xüsusilə minimum əməkhaqqı 2-3 dəfə artıb. Amma bu, Türkiyə cəmiyyətində bir məmnuniyyət yaratmayıb. 

Çünki qiymətlər ondan da çox artıb. Ona görə də inflyasiyanın təsirləri mütləq çıxılmalı, yalnız ondan sonrakı göstəricilər real gəlir artımı kimi hesablanmalıdır. Mənə elə gəlir ki, rəsmi statistika məhz bu real gəlir artımına fokuslansa və bunu elan etsə, daha məntiqli və düzgün olar”. 

Избранный
18
1
cebheinfo.az

2Источники