ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qərb kəşfiyyat orqanları Polşanın hava məkanına daxil olan pilotsuz uçuş aparatları (PUA) ilə bağlı insidentin səbəbini müəyyən edə bilməyiblər”.
Globalinfo.az xəbər verir ki, bununla bağlı CNN kanalı mənbələrə istinadən məlumat yayıb.
“Ukrayna və Polşa bu hadisənin qəsdən törədildiyinə inandıqlarını açıq şəkildə bəyan ediblər. Bununla belə, onlarla yüksək rütbəli hərbçi, kəşfiyyat və diplomatik məmurla söhbətlər zamanı məlum olub ki, bu məsələdə NATO ölkələri arasında parçalanma var. Bəzilər bunun qəza olduğunu düşünür, bəziləri bilərəkdən edildiyini…”, – deyə bildirilib.
Qeyd edək ki, sentyabrın 10-na keçən gecə Polşa hava məkanına naməlum dronların hücumu olub. Ölkə rəhbərliyi bunun Rusiyanın müdaxiləsi olduğunu bildirib.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.