1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Sentyabrın əvvəllərində NASA-nın peyk görüntüləri Urmiya gölünün tamamilə quruduğunu təsdiqlədi. Bu xəbər tamamilə gözlənilməz deyildi, çünki son aylarda İranda bir çox rəsmi şəxslər və mütəxəssislər gölün yay sonuna qədər tam quruyacağı barədə xəbərdarlıq etmişdilər. Nəticədə, illərdir haqqında narahatlıqla danışılan, səbəbləri müxtəlif cəhətdən təhlil edilən ekoloji fəlakət gerçək oldu. Güney azərbaycanlı fəalların ürək ağrısı ilə dediyi kimi, Urmiya gölü artıq "Urmiya çölü"nə çevrildi.
"Azad İran"ın "YouTube" kanalında yayımlanan yeni videotəhlildə isə vurğulanır ki, İran hakimiyyəti bu xəbəri qəribə bir səssizlik, sakitlik və hətta laqeydliklə qarşılayıb.
Müəllif qeyd edir:
"Dövlət televiziyasının aparıcısı belə Urmiya gölünün qurumasını sözdə "kədərli hadisə" kimi təqdim etsə də, nə öz üzündə həmin kədəri ifadə etdi, nə də fəlakətli nəticələri gələcəkdə özünü göstərəcək bu hadisə barədə xəbəri tamaşaçılara çatdırarkən üzüntülü idi. Əksinə, bunu olduqca sakit, hətta təbəssümlə etdi".
Ətraflı süjetdə: