RU

Bu uşaqlara birdəfəlik müavinət veriləcək- 2600 manat

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər 2600 (iki min altı yüz) manat məbləğində birdəfəlik müavinət alacaqlar.

Musavat.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta iхtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman müvafiq təhsil müəssisəsinin xərclər smetası hesabına “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 aprel tarixli 359 nömrəli Fərmanının 2-ci hissəsinə uyğun olaraq 2600 (iki min altı yüz) manat məbləğində birdəfəlik müavinətlə təmin ediləcəklər.

Qeyd edək ki, indiyə qədər qüvvədə olan qərar əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta iхtisas təhsili, ali təhsil müəssisələrini bitirdikdə müvafiq təhsil müəssisəsinin xərclər smetası hesabına 265 manat məbləğində mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunublar.

Musavat.com

Избранный
65
23
musavat.com

10Источники