RU

125 nömrəli avtobusda yaranan sıxlıqla bağlı RƏSMİ AÇIQLAMA

ain.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir neçə gündür sosial şəbəkə platformalarında "BakuBus MMC"yə məxsus 125 nömrəli marşrut avtobusu ilə bağlı narazılıqlar səsləndirilir. Vətəndaşların sözlərinə görə, həmin xətt üzrə ciddi sıxlıq müşahidə olunur və bu da sərnişinlərin rahat hərəkətini çətinləşdirir. Şikayətçilər avtobusların intervalının uzun olduğunu, mövcud nəqliyyat vasitələrinin isə tələbatı tam qarşılamadığını bildirirlər. Nəticədə, pik saatlarda insanlar avtobuslara minməkdə çətinlik çəkirlər.

Məsələ ilə bağlı "BakuBus MMC"dən News24.az-ın sorğusuna cavab olaraq bildirildi ki, sıxlığa səbəb marşrut xətti üzrə avtobusların hərəkətinin dəyişdirilməsidir:

"15 sentyabr tarixindən Bakıda keçirilən "Formula 1" Azərbaycan Qran-Prisinə görə paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində məhdudiyyətlər tətbiq olunub. Bu məhdudiyyətlərlə əlaqədar olaraq "BakuBus MMC"nin ixtiyarında olan 125 nömrəli müntəzəm marşrut şəbəkəsinin hərəkət istiqaməti müvəqqəti olaraq dəyişdirilib".

"Hazırda avtobuslar Lökbatan dairəsindən Bakı dairəvi yoluna daha sonra Mikayıl Müşfiq küçəsi və Badamdar dairəsindən keçməklə Abdullah Şaiq, Mirzə Ağa Əliyev və Şəmsi Bədəlbəyli küçələri istiqamətində hərəkət edir. Buna görə də mkarşrut xətti üzrə avtobusların hərəkətində sıxlıq və gecikmələr müşahidə oluna bilər. Sərnişinlərimizdən məhdudiyyətlər aradan qalxanadək anlayışlı olmalarını xahiş edirik", - deyə məlumatda bildirilib. 

Qeyd edilib ki, "BakuBus MMC"nin teleqram kanalında yollarda mövcud vəziyyətlər, məhdudiyyətlər və digər məlumatlar operativ paylaşılır.

Aqil Qarayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
42
1
news24.az

2Источники