Hurriyyet.az xəbər verir ki, Pakistanın Belucistan vilayətində iki partlayış baş verib, nəticədə 11 nəfər həlak olub.
Rəsmi məlumata görə, hücumu "Belucistan azadlıq ordusu" qruplaşması həyata keçirib. Sürücü partlayıcı maddələrlə doldurulmuş maşını pakistanlı hərbçilərin üzərinə sürüb. nəticədə 5 nəfər əsgər həlak olub.
İkinci partlayış iş zonasında baş verib və 6 nəfər dinc vətəndaşın ölümünə səbəb olub.
Hürr Tərcüman