RU

Makiyajınızı gün boyu qoruyacaq 5 effektiv fənd

Görüş zamanı diqqət çəkən ilk detal gözlərdir. Buna görə də qadınlar göz kölgəsi, maska və qələmi diqqətlə seçirlər. Ancaq çoxlarına tanış problem var: səhər edilən göz makiyajı axşama qədər qırışlarda toplanır, əriyir və ya silinir. Həll isə sadədir – davamlı makiyaj düzgün texnika və vasitələrlə mümkündür.

E-saglam.az sizə makiyaji gün boyu qorumağın yollarlını təqdim edir:

Dözümlülüyün əsas texnikaları:Göz makiyajının uzunömürlü olması yalnız məhsuldan deyil, tətbiq üsulundan da asılıdır. Baza, düzgün texnika və fiksasiya məhsulları gözəlliyinizi gün boyu qorumağa kömək edir.

Ən vacib vasitələr və rolu:

Baza (primer): Göz kölgəsini sabitləyir, amma həddindən artıq tətbiq dərini qura bilər.

Krem kölgə: Gün ərzində daha yaxşı qalır, lakin bəzən yığılma edə bilər.

Suya davamlı maska: Axmır, lakin kirpikləri quruda bilər və xüsusi təmizləyici tələb edir.

Eyeliner: Uzunmüddətli və parlaq xətt yaradır, amma bacarıq tələb edir.

Fiksasiya spreyi: Makiyajı möhkəmləndirir, lakin həssas gözlər üçün uyğun olmaya bilər.

Həyat hackləri:

Makiyajdan əvvəl göz qapaqlarını təmiz və quru saxlayın.

Primer istifadə edin ki, kölgə qırışlarda toplanmasın.

Kölgəni sürtmək yox, yüngül çəkic hərəkətlərlə təbəqə-təbəqə tətbiq edin.

Eyeliner-in üstündən oxşar rəngdə kölgə çəkin – bu, onu uzunmüddətli edir.

Son toxunuş olaraq şəffaf pudra və ya fiksasiya spreyi istifadə edin.

Ən çox edilən səhvlər:

Göz kreminin üzərinə kölgə tətbiq etmək → piqment tez silinir.

Maskaranı çox qat vurmaq → kirpiklər yapışır, maska tökülür.

Qələmi fiksasiyasız çəkmək → günortadan sonra xətlər yayılır.

Uzunmüddətli göz makiyajı möcüzə deyil – sadəcə baza, düzgün tətbiq texnikası və səriştəli fiksasiya ilə mümkündür. Bir neçə sadə qayda gün boyu təravətli görünüşünüzü qorumağa kifayətdir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
3
e-saglam.az

1Источники