RU

Polis Bakıda 17 minlik mal-qara oğurlayan şəxsləri saxladı


Paytaxtın Xəzər rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxslər zərərçəkənin yaşadığı evin həyətindən 17000 manat dəyərində mal-qara oğurlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı N.Novruzov və 21 yaşlı H.Vəlizadə saxlanılıblar.

İdarənin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı isə Binə qəsəbə sakininə məxsus evdən 781 manat dəyərində təmir-tikinti materialları oğurlamaqda şübhəli bilinən, əvvəllər dələduzluq əməlinə görə məhkum olunmuş 26 yaşlı H.İsazadə də tutulub.

Hər iki fakt üzrə araşdırmalar aparılır.

ZÜMRÜD

Избранный
27
18
baki-xeber.com

10Источники