RU

"Şahdağ Qusar" yeni sponsoruna qovuşdu - "Tezliklə yeni müqavilələr də olacaq"

Birinci Liqa təmsilçisi "Şahdağ Qusar" yeni sponsorla anlaşıb. "ISFA Green Life" şirkəti şimal təmsilçisinin yeni sponsoru olub. 

Klubun prezidenti, veteran futbolçu Rahid Əmirquliyev Fanat.Az-a açıqlamasında müqavilənin detalları ilə bağlı məlumat verib.

O, "ISFA Green Life" şirkətindən başqa, yaxında yeni tərəfdaşlıq anlaşmalarının da olacağını bildirib:

"Futbolun İnkişaf Fondunun vasitəçiliyi ilə "ISFA Green Life" ilə tərəfdaşlıq müqaviləsi imzaladıq. Mərasim "Ibis Hotel"də oldu. “İSFA” şirkətinin direktoru Samir Xeyirbəyovlə anlaşmaya imza atdıq. Hər iki tərəfə xeyirli olsun. Bu şirkət kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Ümumiyətlə, qusarlı iş adamları komandaya daim dəstək göstərməyə çalışır, biz bunu hiss edirik. Yeni tərəfdaşları da olacaq. İnşallah, tezliklə əlavə tərəfdaşlarla anlaşacağıq. 
Samir müəllim sağ olsun, komandaya hərtərəfli kömək edəcəyini, maddi və digər yardımlar göstərəcəyini bildirdi. Qalır komandanın oyununu daha da yaxşılaşdırmaq və uğurlu çıxış etmək. Ümid edirəm ki, oyundan-oyuna daha yaxşı komanda olacağıq".

Qeyd edək ki, 2-ci Liqanın debütantı olan "Şahdağ Qusar" iki turdan sonra3 xalla hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 

Mirağa 

Избранный
39
fanat.az

1Источники