RU

Formula 1 pilotları Bakıda qutab bişirdilər (FOTO)

Bakı. Trend:

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 çərçivəsindəPaddock ərazisində yerləşən Chill Zone-da maraqlı anlar yaşanıb.Alpine komandasının sürücüləri Franko Kolapinto və Pyer Qasli,eləcə də Red Bull-un pilotu Yuki Tsunoda Azərbaycan mətbəxininsevilən təamlarından olan qutab hazırlayıblar.

Trend xəbərverir ki, bu barədə Bakı Şəhər Halqası məlumat yayıb.

Bildirilib ki, xüsusi məkanda təşkil olunan tədbirdə qonaqlarpilotların yeməyi dadmaqla yanaşı, onların bişirmə prosesini dəizləyiblər. Kolapinto tapşırığa böyük ciddiyyətlə yanaşıb,qutabları diqqətlə hazırlayaraq nəticədən sonra sevincinigizlətməyib. Qasli isə yumorla fərqlənib – hazırladığı qutabənənəvi formadan uzaq olsa da, zarafatla: “Kim deyib ki, qutabmütləq yumru olmalıdır?” – deyə bildirib.

Sonda pilotlar həmkarlarını və qonaqları hazırladıqlarıqutablarla qonaq ediblər. Argentinalı jurnalist Xuan Fossarolininsözlərinə görə, sürücülərin təamı gözləniləndən də dadlı alınıb.Tədbirdən yayılan görüntülər isə qısa zamanda sosial şəbəkələrdəböyük maraq doğurub.

Formula
Formula
Formula
Formula
Formula
Məqalədə:
Избранный
40
14
az.trend.az

10Источники