RU

Ukrayna ordusu Rusiyanın Kursk vilayətindəki bazasına zərbə endirib

Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri Rusiyanın Kursk vilayətində yerləşən 810-cu dəniz piyadaları briqadasının logistik mərkəzinə (hub) zərbə endirib.

APA xəbər verir ki, bu barədə Xüsusi Təyinatlı Qüvvələrin “Facebook” səhifəsində məlumat yayıb.

Məlumata görə, zərbə nəticəsində briqadanın maddi-texniki təminat bazası, sursat anbarlrı və silah və hərbi texnikanın gizli saxlanıldığı anqarlar məhv edilib.

Bildirilir ki, Krımın işğal olunmuş Sevastopol şəhərində dislokasiya olunan 810-cu dəniz piyadaları briqadası Ukraynanın Şimal-Sloboyansk istiqamətində aparılan hücum əməliyyatlarında fəal iştirak edir.

Bundan əlavə, bu briqadanın şəxsi heyətinin Ukraynalı əsirlərin edamı da daxil olmaqla hərbi cinayətlər törətdiyi bildirilir.

Избранный
24
4
apa.az

5Источники