RU

EIU 2030-cu ilə qədər Azərbaycanda inflyasiya, əmək haqqı və işsizlik səviyyəsi ilə bağlı proqnozlarını verib

Bakı. Trend:

Yaxın bir neçə il ərzində Azərbaycan mülayim inflyasiya, əməkhaqqlarının stabil artımı və işsizlik səviyyəsinin tədricənazalması gözlənilir.

Trend bu barədə“Economist Intelligence Unit (EIU)” proqnozlarına istinadən xəbərverir.

EIU proqnozlarına görə, ölkədə inflyasiya səviyyəsi 2025-ci ildə4,5 faiz olduğu halda 2026-cı ildə 4,6 faizə yüksələcək, 2027-ciildə isə 4,7 faizə çatacaq.

Orta aylıq nominal əmək haqqlarının isə 2025-ci ildəki 6 faizdənazalaraq 2026-cı ildə 5,2 faizə enəcəyi və 2027-2029-cu ilə qədərhər il 4,5 faiz səviyyəsində sabitləşəcəyi gözlənilir.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən,2024-cü ildə ölkə iqtisadiyyatında işçilərin orta aylıq nominaləmək haqqı əvvəlki illə müqayisədə 8,1 faiz artaraq 1009,2 manattəşkil edib. Ən yüksək əməkhaqları mədənçıxarma sənayesində,maliyyə və sığorta fəaliyyətində, peşəkar, elmi və texnikifəaliyyət sahələrində, həmçinin informasiya və kommunikasiyatexnologiyaları sektorunda qeydə alınıb.

Bununla yanaşı, proqnozlara görə, işsizlik səviyyəsi 2025-ciildəki 5,4 faizdən tədricən azalaraq 2029-cu ildə 4,4 faizolacaq.

Избранный
31
az.trend.az

1Источники