RU

Rusiya yeni “Pantsir” kompleksləri ilə HHM imkanlarını gücləndirir

“Rostex” Dövlət Korporasiyasının “Yüksək Dəqiqlikli Komplekslər” holdinqi “Pantsir-SMD” zenit-raket komplekslərinin (ZRK) yeni partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.

“Poliqon” “Rostex”ə istinadən xəbər verir ki, bundan başqa, “Pantsir-S” zenit raket-top komplekslərinin (ZRTK) növbəti partiyası da Rusiya MN-ə çatdırılıb.

Qeyd olunub ki, komplekslər zəruri sınaqlardan keçdikdən sonra inventara daxil edilib.

““Pantsir” ailəsinə aid komplekslər Rusiya səmasını qorumaqda yüksək effektivlik nümayiş etdirir. Döyüş növbətçiliyi zamanı onların hesabına dəfələrlə mürəkkəb hava hədəfləri aşkarlanaraq məhv edilib”, – deyə “Rostex” Dövlət Korporasiyasının silah, sursat və xüsusi kimyəvi maddələr klasterinin sənaye direktoru Bekxan Ozdoyev bildirib.

Избранный
5
1
poliqon.az

2Источники