RU

Ziyafət Əsgərov Fazil Mustafa ilə razılaşmadı:

Naxçıvanla quru sərhədinin açıldığı gün “bütöv Azərbaycan” terminin canlanacağı gün olacaq.

 

Modern.az xəbər verir ki, bunu "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən Dövlət Suverenliyi Günü ilə bağlı konfransda Milli Məclisin komitə sədri Fazil Mustafa bildirib.

 

O qeyd edib ki, dövlət suverenliyini bərpa etsək də, quru əlaqənin olmaması səbəbindən Azərbaycanı real məzmunda bütövləşdirmək prosesini yekunlaşdırmamışıq: "Bu baxımdan çalışmalıyıq ki, bundan sonrakı dövrdə siyasi terminologiyadan hüquqi terminologiyaya adlamağa cəhd edək. Məsələn, xalq suverenliyi siyasi terminologiyadır, bir az demoqoji mahiyyət daşıyır. Amma milli suverenlik, dövlət suverenliyi hüquqi terminologiyadır. Prezidentin bizə yaratdığı imkanı bu istiqamətə yönəltsək, gələcək Konstitusiyanın da təməl əsaslarının saxlanılması ilə bəzi yeni reallıqlara uyğun bu dəyişiklikləri etməyi nəzərdə tuta bilərik”.

 

Vitse-spiker Ziyafət Əsgərov Fazil Mustafanın fikri ilə razılaşmayıb. O bildirib ki, Azərbaycanda hakimiyyəti xalq formalaşdırır, buna görə də xalqın suverenliyindən söhbət gedir: "Sizin Konstitusiyaya dövlət suverenliyi əlavə edilməsi fikrinizlə razıyam, Naxçıvanla bağlı dediyiniz fikri qəbul etmirəm. Konstitusiyamızda bir anlayış var ki, Azərbaycan ərazisi bölünməzdir, bütövdür. Ora quru yolu var və ya yoxdur, bunu quru yolla əlaqələndiririksə, sizin bu fikrinizdən sonra başqaları da deyə bilər ki, quru yolu əlaqəsi yoxdursa, onda Naxçıvan heç Azərbaycanın ərazisi deyil.

 

Bu sözləri deyəndə ehtiyatlı olun xahiş edirəm! Bizim ərazimiz bütövdür, vahiddir, Azərbaycan ərazisi bölünməzdir! Vaxtilə sovet hakimiyyəti illərində götürüb Azərbaycan ərazisi olan Zəngəzuru kəsib Ermənistana veriblər, amma hər halda bizim ərazimiz olub. Naxçıvana quru yolu da açılacaq, Zəngəzur yolu da açılacaq. Amma ərazini quru yolla əlaqələndirib ərazi bütövlüyümüzü şübhə altına almaq düz alınmır".

 

Избранный
30
17
senzor.az

10Источники