RU

Pedaqoji Universitetdə Üzeyir Hacıbəylinin yubileyi qeyd edilib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsində dahi bəstəkar, milli musiqimizin və Azərbaycan operasının banisi Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə bədii tədbir keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov Üzeyir bəyin zəngin həyat yolu, musiqi irsi, Azərbaycan milli opera sənətinin və professional musiqi məktəbinin formalaşmasındakı müstəsna rolu haqqında ətraflı məlumat verib, bəstəkarın həm pedaqoji, həm də ictimai-mədəni fəaliyyəti barədə maraqlı faktları iştirakçıların diqqətinə çatdırıb. Prorektor çıxışında Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması istiqamətində gördüyü işlər, həmçinin onun dünya musiqisinə verdiyi töhfələr barədə ətraflı məlumat verib.

Tədbirin davamında fakültənin professor-müəllim heyəti, tələbələr və fakültənin xor kollektivi Üzeyir Hacıbəylinin əsərlərindən ibarət musiqi proqramı ilə çıxış ediblər. Bəstəkarın müəllifi olduğu klassik operettalardan parçalar, həmçinin məşhur romans və mahnılar tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
azertag.az

1Источники