RU

Azərbaycan Aktauda “TurkіcSkills-2025” çempionatında təmsil olunacaq

Astana, 19 sentyabr, AZƏRTAC

2025-ci il oktyabrın 4-dən 10-dək rəsmi olaraq Türk dünyasının mədəniyyət paytaxtı elan edilmiş Qazaxıstanın Aktau şəhərində ilk “TurkicSkills - 2025” peşəkar bacarıqlar çempionatı keçiriləcək.

AZƏRTAC-ın Qazaxıstan Təhsil Nazirliyinə istinadla verdiyi xəbərə görə, Qazaxıstan, Azərbaycan, Türkmənistan, Macarıstan, Türkiyə, Özbəkistan və Qırğızıstandan 70-dən çox tələbə və 90 ekspert eyni məkanda toplaşacaq.

İştirakçılar informasiya texnologiyaları, tikinti, mühəndislik, sosial və şəxsi xidmətləri əhatə edən on əsas səlahiyyətlər üzrə yarışacaqlar. Dron əməliyyatı kimi perspektivli sahələrə xüsusi diqqət yetiriləcək.

Çempionatda Qazaxıstan və xaricdən olan təhsil işçiləri arasında təcrübə mübadiləsi aparılacaq. Bu, müəllimlərə peşəkar bacarıqlarını təkmilləşdirməyə, tələbələrə isə akademik mobillik proqramları vasitəsilə bilik və qabiliyyətlərini genişləndirməyə imkan verəcək.

Tədbir Qazaxıstan Respublikasının Təhsil Nazirliyi tərəfindən Manqistau vilayəti administrasiyasının dəstəyi ilə təşkil olunacaq.

 
Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Избранный
12
1
azertag.az

2Источники