Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Berlındə qazaxıstanlı sənətçi Anna Kin-in "ღ" (oxunuşu: "ghani") adlı total instalyasiyası təqdim olunub. Hotel Continental - Art Space in Exile məkanında nümayiş etdirilən layihə Berlin İncəsənət Həftəsi alternativ program olarag göstərilib və peşəkar dairələrdə böyük maraq doğurub.
Bu barədə layihənin azərbaycanlı kuratoru və beynəlxalq mədəniyyət meneceri Zuleyxa İbad məlumat verib.
"Instalyasiya antikolonial dil siyasətlərini hərflərin forması, səs və jestlər vasitəsilə araşdırır. Əsas ideya - dilin tarixi yaddaşın, siyasi təzyiqlərin və eyni zamanda mədəni dayanıqlığın daşıyıcısı olmasıdır", - deyə Zuleyxa İbad bildirib.
Layihədə Mərkəzi Asiya, Qafqaz, Şərqi Avropa, Balkanlar və Şimali Afrika bölgələrindən olan əlifbalar bir araya gətirilib. Bu vasitə ilə imperiyalar, kolonializm və miqrasiya kontekstində dillərin necə basqıya məruz qalması, dəyişdirilməsi və kənarlaşdırılması vurğulanır. Instalyasiyanın elementləri sırasında çoxkanallı videolar, lazerlə kəsilmiş və asılmış hərflər, eləcə də səs fraqmentləri yer alır. Bütün bunlar tamaşaçını yaddaş, identiklik və hakimiyyət mövzuları ətrafında düşünməyə dəvət edir. Layihə çərçivəsində, dilin üç qatını araşdırdılar: əlifba, səs və sistemlər.
"Dil həm silahdır, həm də şəfa. Dövlət səviyyəsində nifrəti artırmaq üçün istifadə oluna bilər, amma eyni zamanda bir dua kimi də təzahür edə bilər", - deyə Anna Kin bildirib.
Instalyasiyanı müşayiət edən "Dinləyən Nəqllər" adlı ictimai proqram layihənin dilə yanaşmasını əlifba səviyyəsindən çıxararaq səs, bədən və hakimiyyət sistemləri kimi formalarla da genişləndirib. Proqram çərçivəsində iki əsas tədbir keçirilib:
• Türkiyəli sənətçi Dr.Banu Çiçək Tülü "Səsi Queer Etmək: Sözlərdən və Bədəndən Kənar Dil" adlı çıxışında səsi yazılı dilə alternativ və kollektiv dinləmə təcrübəsi kimi təqdim edib.
• Ukraynalı sənətçi Nikolay Karabinoviç "Qızıl Parça Sahəsi: L - Labubu, C - Curtis Yarvin və İş Mərkəzində gizli saxlanc" adlı seminarında "sistemlərin dili", rəqəmsal platformalar və kollaj texnikası vasitəsilə bürokratik və ideoloji strukturların tənqidini təqdim edib.
"ღ" instalyasiyası təkcə bədii təqdimatla kifayətlənmir, həm də sənətçi, tamaşaçı və müxtəlif dil, mədəniyyət və tarix kontekstləri arasında dialoq yaradır. Xüsusilə diqqət çəkən interaktiv işlərdən biri "Speak Your Alphabet" olub. Burada ziyarətçilər mikrofon qarşısında dayanaraq öz əlifbalarını istənilən dildə və istənilən ardıcıllıqla səsləndiriblər, nəticədə məkan daxilində kollektiv səs kollajı formalaşıb.
Milli.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.