FIBA Avropa Kubokunda mübarizə aparacaq "Neftçi" basketbol komandası bu gün iki həftəlik təlim-məşq toplantısından sonra Rumıniyadan Bakıya qayıdıb. Sentyabrın 4-də adıçəkilən ölkəyə səfər edən təmsilçimiz iki həftəlik hazırlıq müddəti çərçivəsində altı yoxlama oyunu keçirib. Komandamız iki dəfə “Corona Brashov”la, həmçinin “CSU Sibiu”, “Targu Jiu”, “Arges Pitesti” və “CSA Steaua Bucuresti” kollektivləri ilə üz-üzə gəlib.
Qeyd edək ki, “Neftçi” Avropa Kubokunun I qrupunda “Kalev/Kramo” (Estoniya), “Bursaspor” (Türkiyə) və “Trefl” (Polşa) klubları ilə mübarizə aparacaq.