RU

Bu il tam reabilitasiya olunaraq aktiv həyata qayıdan Vətən müharibəsi qazilərinin sayı açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Son illər aparılan ardıcıl sosial islahatlar çərçivəsində ölkəmizdə reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması və şəbəkəsinin genişləndirilməsi, yeni avadanlıqlarla təchizatı istiqamətində mühüm işlər aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 4 452 nəfər Vətən müharibəsi qazisinə əlillik təyin edilib, o cümlədən 500-ə yaxın qazimiz 612 son nəsil yüksəktexnologiyalı protezlə təmin edilib.
Vətən müharibəsindən sonra Agentliyin reabilitasiya mərkəzlərində 3 665 nəfər müharibə iştirakçısı, habelə onların ailə üzvləri və şəhid ailəsi üzvləri reabilitasiya və sosial-psixoloji xidmətlərlə təmin edilib.
Peşəkar həkim komandasının səyləri, müasir və effektiv reabilitasiya üsullarının tətbiqi hesabına onların böyük hissəsi artıq əvvəlki sağlamlıqlarına qovuşaraq əlilliklərini geridə qoyublar.
Agentlik tərəfindən qazilərin sağlamlığının bərpası, onların cəmiyyətə adaptasiyası istiqamətində görülən işlərin nəticəsi olaraq cari ilin 8 ayında artıq 218 nəfər Vətən müharibəsi qazisi tam reabilitasiya olunaraq yenidən aktiv həyata davam edirlər.
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə səmərəli reabilitasiya xidmətlərinin göstərilməsi, tibbi-sosial reabilitasiya imkanlarının artırılması Agentliyin əsas hədəflərdən biridir.
Избранный
14
oxu.az

1Источники