RU

Sərhədlərdə Rusiya təhlükəsi: iki ölkə birləşmək qərarı verdi

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ukraynanın müdafiə naziri Denis Şmıqalın sözlərinə görə, Kiyev və Varşava PUA sistemləri üzrə birgə əməliyyat qrupunun yaradılması barədə razılığa gəlib. Bu, Rusiyanın Polşaya PUA hücumu fonunda diqqət çəkir.

Sözügedən qərar Avropada Rusiyaya qarşı vahid birlik yaradılmasının anonsu ola bilərmi?

Globalinfo.az-a danışan politoloq Kamran Sultanlı deyib ki, Ukrayna–Polşa PUA əməliyyat qrupunun məqsədi müdafiə qabiliyyətini artırmaqdır:

“Bu həm də Rusiyanın Ukraynaya təcavüzü fonunda Polşa hava məkanına da təzyiqləri artırması halında baş verir. Ukrayna artıq 4 ildir ki, kifayət qədər təcrübəyə malikdir və Rusiyanın dron zərbələrinə daha hazırlıqlıdır, onunla mübarizə metodlarını yaxşı bilir. Yəni Ukraynanın dron texnologiyasında təcrübəsi və real döyüş istifadəsi Polşanın hərbi sənaye imkanları ilə birləşir. Bu, həm cəbhədə, həm də gələcəkdə NATO çərçivəsində güclü sinerji yaradır. İstehsal və texnologiya paylaşımı ehtimalı arta bilər.

Ukraynanın sürətli innovasiya gücü, Polşanın isə istehsal bazası və NATO standartlarına uyğun texnologiyaları var. Bu əməkdaşlıq PUA-ların həm daha tez, həm də daha ucuz istehsalını təmin edə bilər. Regional təhlükəsizlik baxımından Ukrayna və Polşa Rusiya təhdidini birbaşa hiss edən iki dövlətdir. Ortada birgə istehsal və istifadə həm də Mərkəzi–Şərqi Avropada güclü müdafiə dayağı yarada bilər”.

Politoloq qeyd edib ki, tərəflər başqa sahələrdə də əməkdaşlıq edə bilərlər:

“Buraya hava hücumundan müdafiə sistemləri (Patriot, NASAMS və ya öz istehsal texnologiyalarının inkişafı), artilleriya və sursat istehsalı (Ukrayna cəbhədə çoxlu təcrübə toplayıb, Polşa isə istehsal gücünü genişləndirir), enerji təhlükəsizliyi (Ukraynanın qaz tranziti və Polşanın LNG terminalları vasitəsilə birgə enerji layihələri), nəqliyyat və logistika (Polşa Ukraynanın əsas Avropa dəhlizidir; yeni dəmir yolları, yollar, liman infrastrukturuna birgə sərmayə qoymaq mümkündür), kibertəhlükəsizlik və kəşfiyyat (Rusiya hibrid hücumları nəzərə alınaraq xüsusi birgə mərkəz yaradıla bilər) daxildir.

Hərbi pakta gəldikdə, Polşa Ukraynaya görə Rusiya ilə birbaşa toqquşmağa və “Ukraynaya hücum – Polşaya da hücumdur” düsturunu tətbiq etməyə hələ hazır deyil. ABŞ olmadan Ukrayna da Rusiya ilə birbaşa üz-üzə gəlməyə hazır deyil. Buna görə birbaşa hərbi paktı yaxın gələcək üçün istisna edirəm. Amma ABŞ, Britaniya və digər güclərin açıq dəstəyi və iştirakı olarsa, bu mümkündür”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
globalinfo.az

1Источники