RU

Təəssüf ki, o qadınlar ərləri tərəfindən öldürülür - Deputat qadın qətllərindən danışıb

2024-cü ildə 2023-cü ilə nisbətən qadın qətlərinin sayı azalsa da  mətbuatda yenə də qadın qətləri ilə bağlı xəbərləri görmək olur. Bunu Milli Məclisin deputatı Tamam Cəfərova deyib. 

"2023-cü illə müqayisədə qadın qətllərinin sayı azalıb, lakin yenə də hər 10 gündən bir qadınların qətlə yetirilməsi xəbərləri mediada yer alır. Təəssüf ki, bu cinayətlərin əksəriyyəti ailə daxilində, həyat yoldaşları tərəfindən törədilir," –  Cəfərova parlament müzakirələri zamanı bildirib.

Deputat həmçinin yeniyetmələrin yaxın qohumlarına qarşı zorakı davranışlarının — anasını və ya bacısını öldürməsi hallarının – qlobal problem olduğunu vurğulayıb. Onun sözlərinə görə, bəzi ölkələrdə, o cümlədən İtaliyada qadın qətlinə görə ömürlük həbs cəzası tətbiq olunur və bu yanaşma nəticəsində statistik göstəricilər azalmağa başlayıb.

“Bir qadının belə zorakılıq nəticəsində həyatını itirməsi artıq çoxdur. Bu mövzu üzrə ictimai dinləmələrin keçirilməsi vacibdir,” –  o əlavə edib.

Gülnar Nazimqızı

Избранный
41
anews.az

1Источники