RU

Manatın məzənnəsi bu tarixə qədər sabit qalacaq - PROQNOZ

2030-cu ilə qədər manatın məzənnəsində sabitlik qorunacaq.

News24.az xəbər verir ki, “The Economist Group”un tərkibində fəaliyyət göstərən “Economist Intelligence Unit” (EIU) tərəfindən hazırlanan 2024–2029-cu illər üzrə proqnozda belə qeyd olunur.

Sənədə əsasən, Dollar/AZN məzənnəsi 2025–2029-cu illərdə 1,70 səviyyəsində saxlanılacaq. Avro isə manata qarşı müəyyən dərəcədə zəifləyəcək. Belə ki, Avro/AZN kursunun bu il 1,77, 2025-ci ildə 1,75, 2027-ci ildə 1,73 manat olacağı, 2028 və 2029-cu illərdə isə eyni göstərici ilə ticarət ediləcəyi gözlənilir.

EIU ekspertlərinin qənaətinə görə, bu sabitlik Mərkəzi Bankın siyasəti ilə üst-üstə düşür və yaxın illərdə manatın dəyərində ciddi dəyişiklik olmayacaq.


Избранный
65
1
news24.az

2Источники