RU

Xankəndidə atəşfəşanlıq olacaq

Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü münasibətilə sentyabrın 20-də Xankəndidə bayram konserti keçiriləcək.

Sitat.info xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbir Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq. Hazırda Xankəndi şəhərindəki Zəfər meydanında hazırlıq işləri gedir.

Konsert proqramında tanınmış incəsənət xadimləri, müğənnilər çıxış edəcək, atəşfəşanlıq olacaq.

Qeyd edək ki, 2023- cü il sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları və ətraf yaşayış məntəqələri işğaldan azad olunub. Dövlət başçısının sərəncamı ilə 20 sentyabr "Xankəndi, Ağdərə, Xocalı və Xocavənd şəhəri günü" elan olunub.

Избранный
17
17
sitat.info

10Источники