Mia.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ 2021-ci ildə Əfqanıstanda Talibanın ölkəyə nəzarəti ələ keçirdiyi ərəfədə sürətlə qaçdığı Baqram Hava Bazasını yenidən geri almağa çalışır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Böyük Britaniyada Baş nazir Keir Starmer ilə keçirdiyi mətbuat konfransında suala cavabda deyib.
O, ABŞ ordusunun bu hərbi hava bazasına yerləşmək planını gizlətməyib. Tramp bildiirb ki, əslində, 2021-ci ildə o bazanı tərk etməməliydilər: "İndisə ora bizə çox lazımdır. Onlar (Talibanı nəzərdə tutur - Mia.az) bunun əvəzində bizdən müəyyən şeylər istəyirlər. Bəli, biz bu bazanı geri almaq, oraya yerləşmək istəyirik. Bu, müəyyən mənada son dərəcə maarqlı xəbər ola bilər. Bu baza bizim üçün çox mühüm və vacibdir"
Tramp əlavə edib ki, bazanın əhəmyyətini artıran məqamlardan başlıcası Şinin nüvə arsenalıdır: "O bazanı istəməyimizin səbəblərindən biri də Çinin nüvə silahlarını hazırladığı mərkəzlə aradakı məsafənin cəmi bir saatlıq olmasıdır".
Xatırladaq ki, Baqram avibazası təxminən 20 il ABŞ ordusunun istifadəsində olub. ABŞ və NATO qoşunları 2021-ci ilin iyulunda bazanı gizli şəkildə, özü də qaçaraq tərk etdilər. Onlardan dərhal Taliban sürətlə irəliləyərək ölkənin böyük hissəsini və qısa müddət sonra paytaxt Kabili ələ keçirib.
Tahir Şəlvəli
MİA.AZ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.