RU

Muğlada güclü fırtına: Məscid minarəsinin damı uçdu, ağaclar kökündən çıxdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin Muğla vilayətində baş verən güclü fırtına genişmiqyaslı dağıntılara səbəb olub.
Oxu.Az-ın "Haber Global"a istinadla məlumatına əsasən, fırtına nəticəsində bir çox yaşayış evinin damı ilə yanaşı, Alaattin Yalçın məscidinin minarəsinin üstü də havaya sovrulub.
Təbii fəlakət, həmçinin bir evin üzərinə elektrik dirəyinin aşması ilə nəticələnib ki, bu da ciddi maddi ziyan və təhlükə yaradıb. Bölgədəki bəzi ərazilərdə isə güclü külək nəticəsində ağaclar kökündən çıxıb.
Qeyd edək ki, hadisədən qabaq Türkiyə Meteorologiya Baş İdarəsi ölkənin 13 vilayəti üçün güclü külək və fırtına xəbərdarlığı vermişdi.
Избранный
5
oxu.az

1Источники