Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs "TURAN.İ.O" ilə müqavilə bağlayıb.
Marja.az xəbər verir ki, müqavilə “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-140 üzrə binaların tikintisi işləri”nin satın alınmasını nəzərdə tutur.
Müqavilənin məbləği 8 milyon 228 min manatdır. Açıq tenderdə ehtimal olunan qiymət 10 milyon 47 min manat idi.
Müqavilənin başlama tarixi 16.09.2025-ci il, bitmə tarixi 10.11.2026-cı ildir.
Həmçinin "Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs "SNT" İnşaat şirkətilə də müqavilə imzlayıb. Məbləği 9 milyon manat olan müqavilə “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-136 üzrə binaların tikintisi işləri”nin satın alınmasını nəzərdə tutur. Bu müqavilə üzrə ehtinal olunan qiymət 9 milyon 476 min manat idi.
Müqavilənin başlama tarixi 18.09.2025-ci il, bitmə tarixi 12.11.2026-cı ildir.