RU

Azərbaycanda 78 yaşlı qadın tələbə oldu - VİDEO

Azərbaycanda
78 yaşlı Hicrət Yusifova Ordubad Peşə Liseyinə qəbul olunub. 1news.az Təhsil TV-yə istinadən xəbər verir ki, o, "Xalçaçı" ixtisası üzrə təhsil alacaq.
1946-cı ildə Ordubad şəhərində anadan olan H. Yusifovanın 5 övladı, 12 nəvəsi və 12 nəticəsi var. O, 25 il Ordubad ipək kombinatında çalışıb. Qeyd edək ki, peşə təhsil müəssisələrinə 27021 nəfər qəbul olunub. Müraciət edənlərin orta yaşı 21, ən aşağı yaş 13, ən yüksək yaş isə 78 olub.

Избранный
25
14
1news.az

10Источники