RU

Siyavuş Kərimi: 65-70 yaş müəllimin ən gözəl, çiçəklənən vaxtıdır

BAKI, 19 sentyabr. TELEQRAF

"Bəzi məsələlərin dəyişməsini istərdim. Məsələn, müəllim, alim, musiqiçi 65 yaşına çatdıqda işdən çıxarılır. Niyə? Axı 65-70 yaş aralığı müəllimin ən gözəl, çiçəklənən dövrüdür".

Bunu Teleqraf-a müsahibəsində Azərbaycan Milli Konservatoriyasının sabiq rektoru, Xalq artisti Siyavuş Kərimi deyib.

"Bu onun ən peşəkar tədris illəridir. Necə ola bilər ki, 27-28 yaşlı gənc müəllim 65 yaşlı müəllimdən daha çox bilsin?.. O yaşda müəllimin böyük həyat və pedaqoji təcrübəsi olur. Söhbət təkcə uşaqlara ədəbiyyat və ya riyaziyyatı öyrətməkdən getmir. Söhbət insan yetişdirməkdən gedir. Əsas məsələ budur.

Təbii ki, elmi biliklər də vacibdir. Məsələn, aktyor 65 yaşından sonra teatrdan getməlidirsə, bəs yaşlı obrazı kim canlandırmalıdır? Gənc aktyora qrim vurub yaşlı obraz kimi onu səhnəyə çıxarırlar. Amma o, həmin yaş dövrünü yaşamayıb, onu hiss edə, canlandıra bilməz. Bu isə təbiiliyin itməsinə səbəb olur", - Xalq artisti əlavə edib.

Избранный
31
teleqraf.com

1Источники