Ermənistan Təhlükəsizlik Xidmətinin (SNB) direktoru Andranik Simonyan rəhbərliyindəki nümayəndə heyəti 19–21 sentyabr tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak edəcək.
Musavat.com Gundem24.az-a istinadən xəbər verir ki, bu, son 35 ildə Bakıya səfər edən ən yüksək rütbəli erməni rəsmisinin ilk gəlişi olacaq.
Xatırladaq ki, əvvəllər, 5 sentyabr tarixində Ermənistanın baş nazir müavini Mqer Qriqoryan Zəngilanı ziyarət etmişdi.