RU

"Bank BTB"nin Müşahidə Şurası yenidən formalaşdırılacaq - TOPLANTI

20 oktyabr 2025-ci il tarixində, saat 11:00-da Bank "BTB" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov 27 ünvanında yerləşən Baş ofisində baş tutacaq.
Yığıncağa  Bank "BTB" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi haqqında məsələ daxildir.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Baş ofisində, Təşkilati işlər departamenti ilə əlaqə saxlamaqla tanış ola bilərlər.

Избранный
8
fed.az

1Источники