RU

Zelenski bir sıra çətin qərarlar verməyə hazırlaşır Detallar

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski bir sıra “çətin qərarlar” qəbul etməyə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə Strana.ua öz mənbələrinə istinadən yazıb.

Bildirilib ki, sentyabrın ortalarında Zelenski öz partiyasının üzvləri ilə görüş keçirib və orada münaqişənin davam etdirilməsi ilə bağlı fikirlərini açıqlayıb. Bu görüşdən sonra internetdə siyasətçinin sözləri ilə bağlı ziddiyyətli məlumatlar yayılıb. Jurnalistlər parlamentdəki mənbələrə istinadən bildirirlər ki, Zelenski nə ərazi, nə də dil məsələsində Rusiyaya güzəştə gedəcək.

Nəşrin mənbələri onu da əlavə edib ki, Zelenski səfərbərlik yaşını 23 və ya 18-ə endirmək və ümumilikdə hərbi çağırışı sərtləşdirmək kimi çətin qərarlar qəbul edə bilər.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
23
globalinfo.az

1Источники