RU

Bubitkinin çiçəkləri xərçəng xəstələrinisağalda bilər


Science World Report” elmi nəşri alimlərin maqnoliya ekstraktının müalicəvi xüsusiyyətləri ilə bağlı apardıqları tədqiqatın nəticələrini dərc edib.


“Medicina” xəbər verir ki, bu bitki Şərq təbabətində bir sıra xəstəliklərin müalicəsi üçün istifadə edilib.

Bioloqların yeni araşdırması göstərdi ki, bu bitki həqiqətən bir çox xəstəliyə səbəb olan patogenlərə qarşı fəaliyyət göstərmək üçün unikal qabiliyyətə malikdir.

Alimlərin fikrincə,maqnoliyadan müəyyən psixi pozğunluqların müalicəsində effektiv istifadə olunur.

Bu dəfə tədqiqatçılar aşkar ediblər ki, xolkinol (maqnoliyada olan kimyəvi birləşmə) xərçəng hüceyrələrini məhv etmək üçün immunitet sistemini stimullaşdıra bilər.

Bioloqlar qırtlaq, faringeal və ağız boşluğunun xərçəng hüceyrə xətləri ilə bir sıra testlər apardılar.

Laboratoriya şəraitində maqnoliya ekstraktı bütün yoluxmuş hüceyrələri məhv edərək bu patogenlərə qarşı əhəmiyyətli effektivlik nümayiş etdirdi.

Alimlər gəmiricilərə xərçənglə mübarizə aparan komponentlər implantasiya etdikdə və onlara qarşı xolkinoldan istifadə etdikdə oxşar nəticələr əldə etdilər.

Mütəxəssislər vurğulayırlar ki, baş və boyun xərçəngi daha çox siqaret çəkənlər və tez-tez spirtli içki qəbul edənlər arasında baş verir.


Aygün Musayeva



Избранный
5
1
medicina.az

2Источники