RU

Oksford və Kembric ilk dəfə olaraq Britaniyanın ən prestijli üç universiteti sırasında yer almadı

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Böyük Britaniyanın ən qədim universitetləri olan Oksford və Kembric 1993-cü ildən bəri ilk dəfə "The Times" və "The Sunday Times" tərəfindən tərtib edilən "Good University Guide" reytinqində ilk üçlükdə yer almayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

London İqtisadiyyat Məktəbi (LSE) artıq ikinci ildir ki, Böyük Britaniyanın ən yaxşı universitetləri siyahısına başçılıq edir. Onun ardınca Şotlandiyanın ən qədim universiteti olan Sent-Endryus və keçən il beşinci yerdən üçüncü yerə yüksələn Darem Universiteti gəlir. Birlikdə Oksbric (Oxbridge) adlandırılan Oksford və Kembric universitetləri dördüncü yeri bölüşürlər.

Qeyd olunur ki, Darem Universiteti tədris və tədqiqat, tələbə məmnuniyyəti və məzunların nəticələri baxımından bir çox rəqiblərini üstələyib. Məzunların işə qəbulu kateqoriyasında universitet London İmperial Kollecindən (altıncı yer) sonra ikinci yerdə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
50
1
oxu.az

2Источники