RU

Macarıstanda onkoloji xəstəliklərin erkən aşkar olunması üçün pulsuz dövlət proqramına start verilib

2025-ci ilin sentyabrından Macarıstanda böyüklər arasında onkoloji xəstəliklərin erkən aşkarlanmasına yönəlmiş yeni profilaktik müayinələr proqramı fəaliyyətə başlayıb. Bu təşəbbüs Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir və tamamilə dövlət büdcəsi hesabına maliyyələşdirilir. Bu barədə AZƏRTAC yerli mediaya istinadla xəbər verir.

Proqram iki əsas istiqaməti əhatə edir: qadınlar üçün mammoqrafik və ginekoloji müayinələr, kişilər üçün isə həzm sistemi xəstəlikləri, o cümlədən kolorektal xərçəngin skrininqi.

Müayinələr dövlət poliklinikalarında və ölkənin ucqar bölgələrinə gedən mobil səyyar diaqnostika mərkəzlərində həyata keçirilir. Lazımi analizlər və mütəxəssis məsləhətləri daxil olmaqla bütün prosedurlar pulsuzdur.

Səhiyyə Nazirliyinin nümayəndələrinin sözlərinə görə, proqramın əsas məqsədi xərçəngin erkən aşkarlanması və müalicəyə kliniköncəsi mərhələdə başlanması yolu ilə ölüm hallarını azaltmaqdır.

Proqram 2026-cı ilin sonuna qədər pilot rejimdə fəaliyyət göstərəcək və sonra digər əhali qruplarının da əhatə edilməsi planlaşdırılır.

Избранный
5
3
yeniazerbaycan.com

4Источники