RU

“Sənət inciləri” adlı mühazirə konsertlər

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 19 sentyabr, AZƏRTAC

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Sənət inciləri” adlı mühazirə-konsertləri təşkil edib.

MEMİM-dən AZƏRTAC-a bildirilib ki, mühazirə-konsertlər Bakı Dövlət Universiteti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Azərbaycan Dillər Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşıb.

Festivalın proqramına uyğun olaraq, mühazirə-konsertlərin ilki Azərbaycan Dillər Universitetində (ADU) təşkil edilib.

Tədbirdə çıxış edən ADU-nun prorektoru, filologiya elmləri doktoru, professor Həmidə Əliyeva və MEMİM-in direktoru vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov Üzeyir Hacıbəylinin Azərbaycanın mədəniyyəti və ictimai fikrinin inkişafındakı xidmətlərindən danışıb, layihənin əhəmiyyətini vurğulayıblar.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayevanın “Üzeyir Hacıbəylinin yaradıcılığında elmi və pedaqoji fəaliyyət” mövzusunda mühazirəsi dinlənilib.

Daha sonra Qərbi Kaspi Universitetinin xor kollektivi (bədii rəhbər: Rüfət Xəlilov), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və Bakı Xoreoqrafiya Akademiyasının rəqs qrupu (bədii rəhbər: Xalq artisti Yusif Qasımov) maraqlı musiqi və rəqs kompozisiyaları ilə çıxış ediblər. Proqramda Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin bir-birindən dəyərli musiqi əsərləri səslənib.

“Sənət inciləri” layihəsi üzrə növbəti mühazirə-konsert sentyabrın 22-də Bakı Dövlət Universitetində təşkil olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
1
azertag.az

2Источники