RU

Ölkənin ən böyük bankına məxsus avtomobil - HƏRRACA ÇIXARILIR - DETALLAR

28 oktyabr 2025-ci il tarixində saat 11:00-da  "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə məxsus avtomobil hərraca çıxarılacaq.

FED.az xəbər verir ki, söhbət "HYUNDAI ELANTRA MİNİK" avtomobilindən gedir.

99PG613 nömrəli avtomobilin buraxılış ili 2019-dur. Start qiyməti 16 800 manatdır. Ödəniləcək 10% behin məbləği isə 1680 manat təşkil edir.

 

Beh "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin aşağıdakı hesabına köçürülməlidir
Nəqliyyat vasitəsinə baxış hərracın keçirilmə tarixinədək hər həftənin cümə günü saat 14:00-16:00-a kimi keçirilir. 
Nəqliyyat vasitəsi Bakı şəhəri Nizami küçəsi, 67 ünvanında yerləşir (tel: 051-225-89-86).

Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər :
Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir;
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.

Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcəkdir.
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20

Əlaqə: "Azərbaycan Beynəlxalq Bankı" ASC (tel:051-225-89-86);
Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsi (tel: 012-311-01-60 (1705, 1706, 1709, 1721))

Избранный
29
fed.az

1Источники